Prosineçki: "Həyat yoldaşım Bakıda qorxurdu"

15.04.2016 | 3737 dəfə oxunub

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. Stadium.Az xəbər verir ki, o, müsahibəsi zamanı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş münaqişədən, Azərbaycan və Xorvatiya millisindən, elə də İspaniya və İngiltərə çempionatlarından danışıb:

“Dünyanın istənilən yerində bu cür halların yaşanması, insanların ölməsi üzücüdü. Hərbi əməliyyatlar Bakıya yaxın yerdə baş vermədi. Buna rəğmən, həyat yoldaşım qorxurdu. Axı uşaqlarımız məktəbə gedirdilər. İndi Xorvatiyada olduğumuzdan, məktəbi bir neçə günlük buraxmalı olacaqlar.

Artıq addım atılıb. Hələ Xorvatiya ilə qarşılaşanda bu komandaya qarşı oynamağın mümkün olduğunu demişdim. Meydanda bunu sübuta yetirmişdik. Amma bizim üçün Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq, həqiqətən də, asan deyil. Qələbələr asan qazanılmır. Seçmə mərhələdə çox güclü qrupa düşmüşük. Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San-Marino ilə mübarizə aparacağıq.

Xorvatiyanın qrupdan çıxması türklərlə matçdan asılı olacaq. Türkiyə son illər güclü komanda təsiri bağışlayır. Onlarla oyunumuz qrupdakı taleyimizi həll edəcək. Düşünürəm ki, Xorvatiya daha yaxşı komandadı və qələbə qazana bilər.

“Real”a uduzandan sonra ispanlar “Barselona”nın çökdüyünü deməyə başladılar, hamı İvan Rakitiçin üzərinə düşdü. Halbuki “Barsa”da oyunun taleyini o yox, hücum xəttində çıxış edən 3 futbolçu həll edir. Zinəddin Zidan “Barselona” üzərindəki qələbədən sonra komandada qalmaq şansını artırdı. Məncə, “Real” rəhbərliyi ona şans verməlidi. Hamı düşünürdü ki, İngiltərə çempionatında “Lester”in seriyası uzun çəkməyəcək. Açıq-aşkar görünür ki, Klaudio Ranyeri böyük iş görüb. Maddi dayağı güclü olan komandalara qarşı istədikləri kimi oynamağı bacarırlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail