Toğrul Əsgərov: "İstəyim, hədəfim odur ki, ikinci dəfə Azərbaycana qızıl medal bəxş edim və tarixə düşüm"
"Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına məqsədyönlü şəkildə hazırlaşırıq. Bizim üçün bütün şərait yaradılıb".
Goal.az xəbər verir ki, bunu Azərbaycan sərbəst güləş millisinin üzvü Xetaq Qazyumov Göygöldəki təlim-məşq toplanışını dəyərləndirərkən deyib.
Dünya və 3 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi bildirib ki, yaradılmış şəraitdən maksimum yararlanırlar. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevin də komanda ilə birgə olduğunu deyən X.Qazyumov onun hər an güləşçilərin hazırlığına köməklik göstərdiyini vurğulayıb: "Məşqçilər, tibbi personal və biz məqsədə doğru 100 faiz köklənmişik".
Avropa və Olimpiya çempionu, həmçinin "Bakı 2015"in qalibi Toğrul Əsgərov isə bildirib ki, məşqlər aylardır intensiv şəkildə davam edir: "Olimpiadaya çox az vaxtımız qalıb. Məşqçilər və federasiya rəhbərliyi üzərimizdə çox çalışır. Hər şeylə təmin olunmuşuq. Arzumuz Rio-de-Janeyrodan Vətənə qızıl medallarla qayıtmaq, ölkəmizin bayrağını yüksəklərə qaldırmaqdır. Bunun üçün də məşqlərimizi artıqlaması ilə edir, rejimə riayət edir, bir sözlə, hər şey edirik ki, istəyimizə nail olaq".
T.Əsgərov hədəfini də açıqlayıb: "Ölkəmizdə ikiqat olimpiya çempionu yoxdur. İstəyim, hədəfim odur ki, ikinci dəfə Azərbaycana qızıl medal bəxş edim və tarixə düşüm. Olimpiadada qızıl medal qazanmaq hər bir idmançının arzusudur. Bunun üçün də çalışırıq".
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |