Millimizin 3 üzvü yarımfinalın bir addımlığında

13.04.2016 | 2681 dəfə oxunub

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Stadium.az xəbər verir ki, yarışın 4-cü günü rinqə çıxan Azərbaycan millisinin 3 üzvü mərhələ adlamaqda çətinlik çəkməyib.

Belə ki, Cavid Çələbiyev (56 kq) ilk döyüşündə Vyaçeslav Qoyanla (Moldova) üz-üzə gəlib. Dünya çempionumuz rəqibini rinqə çıxmağa peşman edib – 3:0. O, 1/4 finalda bolqarıstanlı Stefan İvanovla döyüşəcək.

Çələbiyevin uğurunu Teymur Məmmədov da təkrarlayıb. Lakin 81 kq çəki dərəcəsində yarışan həmyerlimiz qələbəni heç də asan qazanmayıb. Rusiya yığmasının Gürcüstan əsilli boksçusu Georgi Kuşitaşvilini sınağa çəkən Olimpiya mükafatçımız 2:1 hesabı ilə qalib gəlib. O, yarımfinala gedən yolda türkiyəli Ünal Mehmetlə münasibətinə aydınlıq gətirəcək. 

Abdulqadir Abdullayev (91 kq) də mübarizəni 1/4 finalda davam etdirəcək. O, 1/8 finalda Tadas Tamasausu (Litva) yarışdan kənarlaşdırıb – 3:0. Abdullayev ikinci görüşündə Darren O Neillə (İrlandiya) qarşılaşacaq.

Rioya lisenziya xarakterli turnirdə bu gün 1/4 final mərhələsinin qarşılaşmaları keçiriləcək. Çələbiyev, Məmmədov və Abdullayevlə yanaşı, Rüfət Hüseynov (49 kq), Lorenzo Sotomayor (64 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Yana Alekseyevna (60 kq) da yarımfinal üçün qüvvələrini sınayacaqlar. Onlar müvafiq olaraq, Samuel Karmona (İspaniya), Aleksandros Tsanikidis (Yunanıstan),  Quido Vianello (İtaliya) və Aqnes Aleksiussonla (İsveç) döyüşəcəklər.

Yığmamızın üzlərindən Anaxanım Ağayeva (51 kq), Yelena Vıstropova (75 kq) və Kamran Şahsuvarlı (75 kq) yarışla vidalaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail