AFFA yenidən Emin Mahmudova dəvət göndərib

22.10.2011 | 5437 dəfə oxunub

AFFA Rusiyanın “Spartak” klubunda çıxış edən Emin Mahmudova növbəti dəfə milli komandamızda çıxış etmək təklifi göndərib. Stadium.az xəbər verir ki, Azərbaycandan Mahmudova yeni təklifin gəlməsi bağlı xəbəri Moskva klubunun baş məşqçisi Valeri Karpin də təsdiqləyib.

Hələ qışda bu barədə müzakirələrin getdiyini söyləyən Karpin budəfəki danışıqların hansı sonluqla başa çatacağından xəbərsiz olduğunu bildirib: “Hələ qışda bununla bağlı danışıqlar olmuşdu, ancaq sonradan ara sakitləşdi. Budəfəki danışıqların necə nəticələnəcəyini isə bilmirəm. Emin hələlik heç bir qərar qəbul etməyib. Onun gələcəyi ilə bağlı danışsaq, klub Mahmudova ciddi şəkildə inanır”.

Emin Azərbaycanda anadan olsa da, sonradan ailəsiylə birlikdə Rusiyaya köçüb. O, futbol və orta məktəb təhsilini orada alıb. Bundan başqa, 22 yaşlı yarımmüdafiəçi artıq Rusiyanın gənclərdən ibarət yığmasında debüt edib. Mahmudov artıq ikinci dəfədir ki, AFFA-dan belə bir dəvət alır. Hələ fevral ayında AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından futbolçu ilə danışıqlar aparılıb.

Mahmudovun meneceri Oleq Malejik də AFFA-dan ikinci dəfə təklif aldıqlarını təsdiqləyib. Ancaq Malejik də hələlik Eminin bu barədə qərar vermədiyini bildirib: “Hə, mənim müştərimlə Azərbaycan tərəfindən maraqlanan oldu. Ancaq Emin hələ ki, gələcək taleyi ilə bağlı qərar verməyib. Mahmudov tələsməməlidir. Növbəti seçmə mərhələ hələ gələn ilin payızında başlayacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail