Boksçularımız Samsunda mübarizəyə başlayıblar

10.04.2016 | 2790 dəfə oxunub

Türkiyənin Samsun şəhərində keçirilən Olimpiya Oyunlarının Avropa qitəsi üzrə lisenziya xarakterli boks turnirinə start verilib. Stadium.Az xəbər verir ki, hər iki milli komandamızın qatıldığı yarışın ilk günündə qadın boksçularımız rinqə çıxıblar.

Mustafa Dağıstanlı adına İdman Mərkəzində keçirilən turnirdə 51 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Anaxanım Ağayeva ilk görüşünü moldovalı Yuliya Koroliyə qarşı keçirib. İdmançımız rəqibinə məğlub olaraq mübarizəni dayandırıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna isə ilk görüşünü qalibiyyətlə başa vurub. Boyük Britaniya boksçusu Çantel Kameronla qarşılaşan idmançımız rəqibini məğlubiyyətə uğradıb. 75 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Yelena Vstropova isə ilk döyüşünü türkiyəli Sema Çalışkana qarşı keçirəcək. Döyüş aprelin 11-də olacaq.

Avropa Oimpiya təsnifat yarışında 38 ölkədən 207 kişi, 56 qadın olmaqla, ümumilikdə 263 boksçu qalib adı uğrunda mübarizə aparır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail