Del Piero üçün ən yaxşı Ronaldodur, yoxsa Messi?

08.04.2016 | 2793 dəfə oxunub

"Yuventus"un canlı əfsanəsi Alessandro Del Piero dünya futbolunun ulduzları Neymar, Ronaldo və Messi barədə danışıb. Goal.Az xəbər verir ki, 2006-cı ilin dünya çempionu, Messi və Ronaldo arasından ən güclünü seçməkdən boyun qaçırsa da, Neymarı bəyəndiyini vurğulayıb. Del Piero "sambaçı"nın gələcəkdə "Qızıl top"a layiq görüləcəyini qeyd edib.

"Messi və Ronaldo karyeralarının pik nöqtəsindədir. Neymar hələ gənc futbolçudur. İrəlidə onu yaxşı karyera gözləyir. Yeri gəlmişkən, gələcəkdə onun "Qızıl top"u qazanmaq üçün real şansları var. Messi, yoxsa Ronaldo? Həyatımda bu suala heç vaxt müəyyən cavab verməmişəm. Çünki onlardan birini seçmək çox çətin, hər ikisini seçmək olduqca asandır. Gözüyumulu hər ikisinin inanılmaz futbolçu olduğunu deyə bilərəm".

Del Piero 2014 mundialının yarımfinalında baş tutmuş dramatik Almaniya - Braziliya (7:1) oyunu haqqında sualı da cavablandırıb. Həmin oyunu Neymar belindəki zədəyə görə buraxmalı olmuşdu.

"O gün gözlənilməz idi. Hər kəs baş verənlərdən təəccüblənmişdi. Kənarda inanılmaz görünən bu hadisəni izah etmək Braziliya millisi üçün çətindir. Bu inanılmaz faciəni təsvir edə bilmirəm. Ümid edirəm Braziliya növbəti dünya çempionatında uğurlu nəticə göstərər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail