"Qəbələ" şəhidimizin dəfnində VİDEO

07.04.2016 | 3775 dəfə oxunub

Azərbaycan Ordusunun şəhid zabiti, 1992-ci il təvəllüdlü leytenant Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində dəfn edilib.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, “Qəbələ” İdman Klubunun rəhbərlik, məşqçi, futbolçu heyəti, atıcılıq klubu və minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. İzdiham yol boyu “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Dişə-diş, qana-qan, ermənidən intiqam”, “Ən böyük əsgər, bizim əsgər” kimi şüarlar səsləndirib. Şəhid zabit yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.
 
Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid leytenant Sahil Şirinov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olub. Sahil Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış. Mərasimdə Zaman Şirinov şəhid qardaşı Sahil ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail