Formula-1: Bakı Qran-prisinin vaxtının dəyişməsi rəsmiləşdi

05.04.2016 | 3481 dəfə oxunub

Bakda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin başlama saatının dəyişdirilməsi rəsmiləşib. Stadium.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Belə ki, Azərbaycan Hökumətinin bu ildən etibarən yay vaxtına keçidin ləğv olunmasına dair qərarı ilə əlaqədar start bir saat önə çəkilib. Yeni vaxtla Qran-pri saat 17:00-da başlayacaq.

Avropa Qran-prisinin ilkin olaraq razılaşdırıldığı kimi saat 6-da keçiriləcəyi halda bu yarışın saat 8:14-də günün batmasına təsadüf edə biləcəyini, eyni zamanda, yay vaxtına keçidin ləğv olunduğunu nəzərə alan Formula Bir Rəhbərliyi (FOM) dəyişikliyi artıq təsdiq edib.

Yarışın başlama vaxtının dəyişdirilməsi saatı irəli çəkən ölkələrdə izləyicilərə təsir etməyəcək. Turnirin rəsmi açılışı Mərkəzi Avropa vaxtı ilə saat 15:00-da baş tutacaq. Bu yarış həmin saatda yekunlaşacaq 24 saat Le Manş rallisi ilə üst-üstə düşməyəcək.

BŞH-nin icraçı direktoru Arif Rəhimov bu xəbəri şərh edərkən bildirib ki, Formula Bir Rəhbərliyi ilə aparılan faydalı müzakirələrdən sonra həm yarışı canlı izləyəcək azarkeşlərimizin, həm də komandaların və pilotların marağına uyğun olaraq, yarışın yeni başlama vaxtını elan etməyə şadıq: “Bu vaxtı bir saat önə çəkməkdə məqsədimiz pilotların havanın qaralması ilə bağlı narahatlığını aradan qaldırmaq və 24 saat davam edən Le Manş rallisini evdə izləyən azarkeşlərimizin ralli yekunlaşan kimi televizorun pultunun düyməsinə toxunmaqla bu möhtəşəm şəhərdə ilk dəfə keçiriləcək “Formula-1” yarışına baxmasını təmin etməkdi. Fikrimizcə, bazar günü idman yarışlarını izləməyə davam etmək çox gözəl olacaq”.

Yarış iyunun 17-19-da təsadüf edəcək.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail