Ermənistan millisi Bakıya gəlməkdən imtina etdi - QORXUDAN

05.04.2016 | 3296 dəfə oxunub

Ermənistan boksçuları Azərbaycan və Türkiyədə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına lisenziya xarakterli turnirlərdə iştirak etməyəcək.

Stadium.Az xəbər verir ki, azad qrafiklə hərbi xidmətdə olan idmançılar yenidən qulluq etdikləri hissələrə qayıdıblar.

Bunu “sputnikarmenia”ya Ermənistan Boks Federasiyasının sədri Artur Qevorqyan açıqlayıb. O bildirib ki, erməni idmançıları üçün ən vacib olanı onları təhlükəsizliyidi: “Müharibə vəziyyətini nəzərə alaraq, federasiyanın sədri kimi idmançılarımıza Olimpiya təsnifat turnirlərin çıxış etməyə imkan verməyəcəm. Çünki bu yarışlar Türkiyə və Azərbaycanda keçiriləcək. Əminəm ki, erməni idmansevərlər bizi başa düşəcək. Azad qrafiklə hərbi xidmətdə olan boksçularımız hissələrinə qayıdırlar ki, zərurət yaranarsa, ön cəbhəyə yollansınlar”.

Türkiyədəki yarışı aprelin 9-17-nə, Bakıdakı turnir isə iyunun 14-26-na təsadüf edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail