Zidən: "Bu gecə..."

02.04.2016 | 2865 dəfə oxunub

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan bu gün “Barselona”ya qarşı keçirəcəkləri oyundan danışıb. Stadium.Az xəbər verir ki, fransalı mütəxəssis ilk dəfə baş məşqçi kimi çıxacaq qarşılaşmanı şərh edib. O, Kərim Benzema, Qaret Beyl və Kriştianu Ronaldo (BBC) üçlüyündən çox şey gözlədiyini deyib: “Biz yaxşı hazırlaşmışıq. Benzema, Ronaldo və Beyl üçlüyündən çox şey gözləyirəm. Görəcəyik “BBC” bu gün nə edəcək? Ümid edirəm ki, onlar “Barselona”ya qarşı yaxşı çıxış edəcəklər. Bu matçın əhəmiyyətini hamımız bilirik. Bu matçda yalnız qələbə qazanmaq lazımdır. Mən də bu klubda futbolçu olmuşam. Hər şeyi dərk edirəm. Mövsümün sonunu indidən düşünmürəm. Bu gecə diqqətimiz yalnız qarşılaşmaya yönəlib”.

Zidan mövsümün ilk oyununda “Barselona”ya 0:4 hesabı ilə uduzduqları oyunu xatırlamağı lazım bilməyib: “İlk dövrədə məğlub olduğumuz oyunu xatırlamaq istəmirəm. Çünki həmin matçda baş məşqçi Rafael Benites idi. Doğrudur, həmin qarşılaşmanı analiz etmişəm. Ümid edirəm ki, düzgün qərarlar verəcəyik”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail