Cüdoçularımızın Türkiyədə ilk gündəki uğuru: 1 medal

02.04.2016 | 2679 dəfə oxunub

Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışına start verilib. Stadium.Az xəbər verir ki, yarışın ilk günü milli komandamız üçün uğurlu olub.

Belə ki, cüdoçularımız aktivinə ilk medalı yazdıra bilib.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyev 1/4 finala gedən yolda ilk olaraq belçikalı Senne Vins, daha sonra isə çinli Jianqi Anı məğlub edib.

1/4 finalda Belarus cüdoçusu Arif Bağırova qalib gələn Müşkiyev yarımfinala adlayıb. Lakin yarımfinalda təmsilçimiz tatami sahibi Bəkir Özlüyə uduzub.

Müşkiyev 3-cü yer uğrunda qarşılaşmada isə bolqarıstanlı Yanislav Qerçev üzərində qələbə qazanaraq, millimizin aktivinə ilk medalı yazıdırıb.

Bu çəkidə mübarizə aparan digər təmsilçimiz Orxan Səfərov ilk qarşılaşmasında tatami sahibi Əhməd Kabaya məğlub olub. 

Digər cüdoçularımız – Nicat Şıxəlizadə (66 kq) və Aişə Qurbanlı (48 kq) da mübarizəni erkən dayandırıblar.

 398 (237 kişi, 161 qadın) idmançının qatıldığı mötəbər turnirdə millimiz 11 cüdoçu ilə mübarizə aparır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail