Çexiya millisinin üzvü: "İbrahimovç məni təhdid etdi"

31.03.2016 | 4076 dəfə oxunub

İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç Çexiya ilə yoldaşlıq görüşü zamanı rəqibin heyətində forma geyinən Tomaş Sivoku təhdid edib. Stadium.Az xəbər verir ki, çexiyalı müdafiəçi oyundan sonra verdiyi açıqlamada bu barədə danışıb.

Hazırda Türkiyənin "Bursaspor" klubunda çıxış edən Sivok hadisə ilə bağlı bunları deyib: "Oyun zamanı İbrahimoviç komanda yoldaşım Ladislav Kreyçiyi dirsəklə vurdu. Bu zaman mən ona xəbərdarlıq etdim. O isə "indi müharibə başlayır" deyərək, məni təhdid etdi. İbra dünya səviyyəsində mükəmməl oyunçudur. Oyun gərginliyi səbəbindən belə dediyini düşünərək hadisəni böyütmədim".

İsveçli futbolçu isə rəqibin çox kobud oynadığını, ancaq baş hakimin olanlara göz yumduğunu söyləyib.

Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail