Elnur Abdullayev "Bakı"ya hədə-qorxu gəldi

21.10.2011 | 4777 dəfə oxunub


“Bakı” ilə oyuna yaxşı hazırlaşmışıq. Rəqib lider komandaya qarşı oynayacaq, qoy, onlar çəkinsinlər”. Stadium.az xəbər verir ki, bu sözləri  “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayev deyib. 

Bu gün X tur çərçivəsində “Bakı”nın qonağı olacaq əyalət təmsilçisi paytaxta məğlub olmamaq üçün gəlib. Artıq oyunun hazırlığını yekunlaşdıran və oyunöncəsi son məşqini matçın keçiriləcəyi stadionda reallaşdıran “ağ-yaşıllar” rəqibi yenməyin yollarını bilir. 

Yarımmüdafiəçi “Bakı”nın heyətində yer alan futbolçulardan sabiq “Xəzər Lənkəran”lı Uinston Parksın seçiləcəyini vurğulayıb: “Bakı” kollektiv oyuna üstünlük verir. Buna baxmayaraq, Parksın seçiləcəyini düşünürəm. O, özünü göstərmək üçün əlindən gələni edəcək”. 

Futbolçunun sözlərinə görə, xal itirəcəkləri təqdirdə belə, çempionluq yolunda büdrəməyəcəklərini, sadəcə, “altılıq” oyunlarına indidən tədarük gördüklərini qeyd edib: “Xal itirsək, bu planımız pozmayacaq. Hələ qarşıda oyunlar çoxdur. O demək deyil ki, çempionluqdan məhrum olacağıq. İndidən istəyirik ki, “altılıq” oyunları üçün xal ehtiyatını artıraq ki, işimiz çətin olmasın. “Bakı” da güclü komandadır. Klub rəhbərliyi onlar üçün hər cür şərait yaradıb”.

Oyunun keçiriləcəyi “Bakı” klubunun təlim-məşq bazasına da toxunan futbolçu meydançanın yaxşı vəziyyətdə olduğunu qeyd edib: “Meydança çox yaxşıdır. Əsas problem oturacaqların sayının az olması ilə bağlıdır. Gələcəkdə artıracaqlarını deyiblər”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail