Uniston Parks: “Saç düzümümü dəyişsəm, sevgilim məni döyər” - MÜSAHİBƏ

"Rəqibin “Sumqayıt Şəhər”, yaxud da “Xəzər Lənkəran” olmasının heç bir fərqi yoxdur"

20.10.2011 | 7590 dəfə oxunub

“Bakı”nın hücümçusu Uniston Parksın “Stadium.az” saytına özəl müsahibəsi:

rn

 

rn

 - Sənin “Bakı”ya  “Xəzər Lənkəran”dan gəldiyini nəzərə alsaq, bu oyunun sənin üçüm hansısa prinsipiallığı var?

rn

- “Xəzər Lənkəran”ın köhnə komandam olmasının bu oyuna heç bir aidiyyatı yoxdur. Əlimdən gələni edəcəm ki, komandam bu oyunda 3 xal qazansın.   

rn

- Məlum kubokun final oyunundan sonra bu iki komanda arasında prinsipiallıq var. Bunu nəzərə alsaq, demək olar ki, rəqibə qarşı xüsusi hazırlaşmısız?

rn

- Biz bütün rəqiblərə qarşı eyni səviyyədə hazırlaşırıq. Bizim üçün meydandakı rəqibin “Sumqayıt Şəhər”, yaxud da “Xəzər Lənkəran” olmasının heç bir fərqi yoxdur.

rn

 

rn

- Planında var ki, “Xəzər Lənkəran”a qol vursan, bunu xüsusi şəkildə qeyd edəcəksən?

rn

- Yox, düzünü desəm, bu barədə heç düşünməmişdim.

rn

 

rn

- “Xəzər Lənkəran”da daha yaxşı oyun sərgiləsən də, milliyə dəvət almırdın. “Bakı”da isə işlər yaxşı getmədiyi zaman sənə millidən dəvət gəldi...

rn

- Bu onunla bağlı idi ki, millidə baş məşqçi dəyişikliyi oldu. Yeni məşqçi də məni milliyə dəvət etdi.

rn

 

rn

- “Bakı”nın oyununun alınmamasını nəylə izah edə bilərsən? Axı komandada səviyyəli legionerlər var...

rn

- Çünki bizim komandadakı futbolçuların hamısı yenidi. “Xəzər Lənkəran”da oynadığım zaman isə oradakı futbolçularla Rumıniyada oynamışdım, onları tanıyırdım. Düşünürəm ki, “Bakı” çox yaxşı oyun sərgiləyir. Sadəcə qol üçün bəxtimiz gətirmir ki, bunun da tezliklə  yoluna düşəcəyinə inanıram.

rn

 

rn

- “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Ağasəlim Mircavadov bildirib ki, sən cinah oyunçularından asılı futbolçusan. “Bakı”da cinahlar işləmədiyi üçün sənin də oyunun alınmır. Bununla razısan?

rn

- Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Demək istəməzdim ki, bizdə cinah oyunçuları zəifdir. Amma hər şey yaxşı olacaq.

rn

 

rn

- “Xəzər Lənkəran”la oyunun nəticəsi barədə konkret nə deyə bilərsən?

rn

- Çox yaxşı oyun olmalıdır. Məncə azarkeşlər bu oyundan zövq almalıdırlar. Ümid edirəm ki, “Xəzər Lənkəran”a qalib gələcəyik.

rn

 

rn

- Ötən mövsüm kubokun ilk oyununda “Xəzər Lənkəran” “Bakı”nı sənin vurduğun qolla 1:0 hesabıyla məğlub etdi. Həmin oyundan sonra səndən açıqlama alarkən demişdin ki, “mən “Xəzər Lənkəran”ın mələyiyəm”. Bəs indi vəziyyət necədir?

rn

- O zaman “Xəzər Lənkəran”ın mələyiydim, indi isə “Bakı”nın. Mən hara getsəm o komandanın mələyi oluram (gülür).

rn

 

rn

- Saç düzümünü dəyişməyi düşünmürsən? Məncə belə eybəcər görünürsən...

rn

- Yox nə danışırsınız, bunu ağlımdan belə keçirmirəm. Çünki saç düzümümü dəyişsəm, sevgilim məni döyər (bu dəfə lap ürəkdən gülür). Çünki onun xoşuna gəlir belə.

rn

 

rn

Söhbətləşdi: Vüsal



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail