Qurban Qurbanov dünyanın ən yaxşı 469-cu məşqçisidir

28.03.2016 | 3402 dəfə oxunub

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısını açıqlanıb. Stadium.Az xəbər verir ki,

siyahıda Azərbaycandan üç məşqçi yer alıb.

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən ayla müqayisədə 6 pillə irəliləyib. Hesabında 1238 xalı olan 43 yaşlı mütəxəssis 475-ci pillədən 469-cu yerə yüksəlib.

"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk iki pillə irəliləyərək 937 xalla 578-ci yerdə qərarlaşıb. Bakı "İnter"in məşqçisi Roman Cəfərov isə 256 xalla 1007-ci olub.

Siyahının ilk üç pilləsində dəyişiklik baş verməyib. Ötən ay olduğu kimi ilk üçlükdə ispaniyalı mütəxəssislər qərarlaşıb. "Barselona"nın çalışdırıcısı Luis Enrike ilk pillədəki mövqeyini qoruyub. Unai Emeri ("Sevilya") ikinci, Pep Qvardiola ("Bavariya") isə üçüncüdür. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail