Dmitri Nazarov klubundan ayrılır?

25.03.2016 | 2999 dəfə oxunub

Azərbaycan yığmasının üzvü Dmitri Nazarov “Karlsrue” klubundan ayrıla bilər. Stadium.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün sonunda II Bundesliqa təmsilçisini tərk etməyə çox yaxındı.

Belə ki, yayda 7 futbolçunun “Karslrue”dən göndəriləcəyi gözlənilir. Həmin siyahıda Nazarovun da adı var. Qrişa Promel, Dennis Kempe, Daniel Qordon, Yonas Meffert, Dominik Peyts və Saşa Trautla yanaşı, millimizin üzvünün də komandadan ayrılmaq ehtimalı yüksəkdi.

Almaniya mətbuatı Nazarovun mövsümün əvvəlində yaxşı çıxış etdiyini, mütəmadi olaraq, əsas heyətdə meydana çıxdığını qeyd etməklə yanaşı, onun son vaxtlar ehtiyat oyunçuya çevrildiyini vurğulayıb.

Nazarovun “Karlsrue” ilə müqaviləsinin müddətinin yayda başa çatması və hələ ki, ona yeni sözləşmənin təklif olunmaması təcrübəli futbolçunun mövsümün sonunda komandasını dəyişmək ehtimalını artırır.

2013-cü ildən “Karslrue”nin formasını geyinən Nazarov 2014-cü ildən Azərbaycan yığmasına dəvət alır. O, millimizin heyətində meydana çıxdığı 14 matçda 4 qola imza atıb. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail