"Azərbaycan millisində mənə tanış olan futbolçular var"

24.03.2016 | 3097 dəfə oxunub

Qazaxıstan millisinin kapitanı Samat Smakov martın 26-da Antalyada (Türkiyə) Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl bu qarşılaşma barədə danışıb. Stadium.Az xəbər verir ki, Smakov oyun barədə belə danışıb:

"Uşaqlar qarşıdakı oyuna yaxşı kökləniblər. Komandada əla atmosfer hökm sürür. Qarşıda bizi Azərbaycan və Gürcüstanla (29 mart) iki vacib oyun gözləyir. Futbolçuların hamısı özünü göstərmək istəyi ilə alışıb-yanır.

Məşqçilərimizin sözlərinə görə, onlar hansısa ciddi dəyişiklərə əl atmayacaqlar. Hazırda yığmada ən güclü futbolçularımız yer alır.  Yalnız zədəli futbolçular bizimlə deyil. Məsələn, Tanat Nuserbayev yoxdu. Qalanları isə sıradadır.

Elə alınıb ki, həm yığma, həm də klub səviyyəsində azərbaycanlılara qarşı tez-tez oynamışıq. Əksər oyunlarda heç-heçəyə razılaşdığımız yadımdadır. Amma qələbələr də olub. Bu komandada mənə tanış olan futbolçular var. Döyüşkən, iddialı komandaları var.

Davidin yığmaya qayıtmasına şadam. O, bunu beş il idi gözləyirdi. Buna baxmayaraq, öz şansını gözləyir, nəyə qadir olduğunu hər imkanda sübut edirdi.

Azarkeşlərimizin oyunumuzu canlı olaraq izləmək imkanı qazanması çox yaxşıdır. Fikrimcə, maraqlı qarşılaşma olacaq. İstərdim ki, futbolsevərlər televizor vasitəsilə də olsa, bizi dəstəkləsinlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail