"Qarabağ" Reynaldonu satır? - ƏMRAH ÇƏLİKƏL AÇIQLADI

17.03.2016 | 6728 dəfə oxunub

Daha öncə də xəbər vermişdik ki, Türk Hava Yollarının istəyiylə “Qalatasaray”la “Qarabağ” arasında yoldaşlıq oyunu keçiriləcəkdi. Stadium.Az xəbər verir ki, bu oyun baş tutmayacaq. Bu barədə isə saytımıza açıqlamasında “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl məlumat verib:

“Bu oyunla bağlı bir xəbər yoxdu. Yəqin ki, oyun baş tutmayacaq. Çünki daha əvvəl oyunun baş tutacağı günlə bağlı fikir ayrılığı vardı. Ancaq daha sonra ayın 29-na ortaq məxrəcə gəldik. Yəni məhz 29-u oynamaq üçün həm “Qalatasaray”, həm də biz razı idik. Ancaq sonradan təşkilatçı olan Türk Hava Yollarından heç bir xəbər çıxmadı. Bu isə o deməkdir ki, oyun olmayacaq. Məncə buna mane olan məsələ hər iki tərəfdəki sıx oyun qrafikidir. Çünki vaxt darlığı var”.

Əmrah Çəlikəl komandanın braziliyalı futbolçusu Reynaldonun satılacağıyla bağlı yayılan xəbərlərə də münasibət bildirdi:

“Təkliflər olub və indi də var. Ancaq indi biz bunu dəyərləndirmirik. Çünki Reynaldo hələ indi sağalır. O, əsas komandaya qayıtsın, oyunlarda iştirak etsin. İndi əsas istəyimiz budur. Əgər baş məşqçimiz Qurban Qurbanov bildirsə ki, Reynaldo ona lazım deyil, o zaman biz futbolçunun satılması barədə gələn təkliflərə baxa bilərik. Yəni hansısa bir futbolçumuza təklif gəlirsə, onun satılması baş məşqçidən aslıdır. Yekun qərarı o verir. Yəqin ki, mövsümün sonunda bu məsələlərə baxılacaq”.  (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail