Elnur Cəfərv: "Bu baxımdan problem olmayacaq" - MÜSAHİBƏ

15.03.2016 | 5203 dəfə oxunub

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərovun müsahibəsini təqdim edirik:

- İspaniyaya nə vaxt getməyi düşünürsünüz?
- Fikrimcə, "Real Ovyedo"ya keçidim tezliklə baş tutacaq. Amma bir qədər gözləməliyəm. Yaxın günlərdə "Xəzər Lənkəran"la bu keçidin bütün detallarına aydınlıq gəlməlidir.

- Nə əcəb ispanlar azərbaycanlı futbolçunu belə bəyənib, klublarında görmək istədilər?
- (gülür) Bir həftəlik məşqlər zamanı onların xoşuna gəldim. Klubun gənclərdən ibarət məktəbinin direktoru mənim oyunum barədə müsbət fikirlər söylədi. O dedi ki, mənim əsas komandada oynamaq üçün böyük şansım var.

- Amma yəqin ki, bu mövsüm yox...
- Bəli, bu mövsüm sözügedən komandada oynamaq mümkün olmayacaq. Amma oyun təcrübəsi baxımından problem olmayacaq. Əvəzedici heyətdə meydana çıxacağam.

- Yeri gəlmişkən, hazırda formanızı qorumaq üçün nə edirsiniz? Çünki sizin "Xəzər Lənkəran"la məşq etmədiyinizi bilirik...
- Fərdi qaydada hazırlaşmaqla formamı qorumağa çalışıram. Dəniz kənarında məşq edirəm, daha çox fiziki hazırlığa diqqət ayırıram.

- Bəs oyun təcrübəsi baxımından?
- Topla da məşq edirəm. Daha çox futbol oynamağa çalışıram.

- Martın 24-də Azərbaycanın U-21 yığmasını AÇ-nin seçmə mərhələsi çərçivəsidə Rusiya ilə oyun gözləyir. Həmin toplanışa siz də dəvət alacaqsınız?
- Dəvət alacağam. Rusiyaya qarşı oynamalıyam. Ona görə də öz üzərimdə səylə məşq edirəm.

- Amma iki ay peşəkar futbol oynamadan sizə çətin olacaq...
- Fikrimcə, bu baxımdan problem olmayacaq. Rusiya ilə oyun üçün məndə güc var. Həm də yanvar ayında komanda ilə yaxşı toplanış keçdik. Bu, bizim üçün vacib oyundur. Yaxşı oynayıb, müsbət nəticə qazanmalıyam. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail