İlham Əliyev: Formula 1 ölkəmizə olan marağı daha da artıracaq

15.03.2016 | 2718 dəfə oxunub

Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Stadium.az xəbər verir ki, dövlətimizin başçısı Yan Hamaçek ilə həm Azərbaycanda, həm də Çexiyada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Ölkəmizə sonuncu dəfə Bakıda keçirilən birinci Avropa Oyunları zamanı səfər etdiyini məmnunluqla xatırlayan qonaq Oyunların qısa müddət ərzində yüksək səviyyədə təşkili münasibətilə ölkəmizi və şəxsən Prezident İlham Əliyevi bir daha təbrik edib. Bakının artıq Avropanın idman paytaxtına çevrildiyini qeyd edən Yan Hamaçek ölkəmizdə bu dəfə Formula 1 yarışlarının keçirilməsinin bunun daha bir göstəricisi olduğunu deyib.

Prezident İlham Əliyev Formula 1 yarışlarının Bakıda keçirilməsinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışıb. Dövlətimizin başçısı bu yarışın tamaşaçı auditoriyası baxımından Yay Olimpiya Oyunları ilə eyni səviyyədə tutulduğunu qeyd edib və tədbirin ölkəmizə olan marağı daha da artıracağına əminliyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail