Millimiz Riqadakı Avropa çempionatını 8 medalla başa vurdu

13.03.2016 | 3228 dəfə oxunub

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatına yekun vurulub. Stadium.Az xəbər verir ki, çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar.

Azərbaycanın 4 güləşçisi xalça üzərinə çıxıb ki, onlardan yalnız biri - Həsən Əliyev (71 kq) bürünc medal qazana bilib.

71 kq

1/16 finaldan mübarizəyə qoşulan pəhləvanımız Həsən Əliyev ilk olaraq latviyalı Kristaps Kalnakarklisi mübarizədən kənarlaşdırıb – 8:0. Təmsilçimiz 1/8 finalda çexiyalı Yan Jijkaya da eyni aqibəti yaşadıb. Həsən Əliyevin 1/4 finaldakı rəqibi serbiyalı Aleksandr Maksimovilç olub. Güləşçimiz bu görüşü 1:3 hesabı ilə uduzub. Lakin Maksimovilç finala qədər irəlilədiyindən Həsən təsəlliverici görüşdə qüvvəsini sınayıb. O, isveçli Knut Zakarias Tallrothla qarşılaşıb. İsveçli güləşçini 8:1 hesabı ilə yolundan kənarlaşdıran idmançımız bürünc medal uğrunda türk güləşçi Yunus Özelle mübarizə aparıb. Rəqibinə heç bir şans verməyən idmançımız 8:1 hesablı qələbə qazanaraq, qitə birinciliyini bürünc medalla başa vurub.

75 kq 

Elvin Mürsəliyev də mübarizəyə 1/16 finaldan başlayıb. O da Həsən kimi ilk görüşdə latviya güləşçisini xalçaya çıxmağa peşman edib. Pəhləvanımız Jevgenijs Kolcovsu 8:0 hesabı ilə yarışdan kənarlaşdırıb. 1/8 rusiyalı Çingiz Labazanovla qarşılaşan Elvin bu rəqibini də rahat keçib. Təmsilçimiz 1/4 finalda Aliaksandr Dzemyanoviçlə münasibətlərinə aydınlıq gətirib. 9:6 hesabı ilə qalib gələn Elvin yarımfinala vəsiqə əldə edib. O, final uğrunda gürcü Zurabi Datunaşvili ilə mübarizə aparıb. 1:3 hesabı ilə məğlub olan pəhləvanımız ümidini "bürünc"ə bağlayıb. O, medal uğrunda döyüşdə erməni Karpet Çalyanla güləşib. Həmyerlimiz bu görüşdə məğlub olaraq, turniri 5-ci pillədə bitirib.

80 kq

Bu çəkidə ölkəmizi təmsil edən Rafiq Hüseynov ilk görüşündə 1/16 finalda monteneqrolu Rafael Samurqaşevi məğlub edib – 4:0. Güləşçimiz 1/8 finalda belarusiyalı Pavel Paminç ilə mübarizə aparıb və 5:4 hesablı qələbə qazanaraq, 1/4 finala adlayıb. Bu mərhələdə pəhləvanımız bolqar Daniel Aleksandrova uduzub - 4:8.

85 kq

İslam Abbasov ilk görüşündə polşalı Tadeusz Mixalikə uduzaraq mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar da başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58kq) qızıl, Cəbrayıl Həsənov (75 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıb. 


Yunan-Roma güləşi üzrə yarışlarında isə güləşçilərimiz 2 bürünc medal qazanıb. Kamran Məmmədov (66 kq) və Həsən Əliyev (71 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

Millimiz Latviya səfərini ümumilikdə 8 medalla başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail