Avropa çempionatında daha bir qızıl medal

12.03.2016 | 3440 dəfə oxunub

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Stadium.Az xəbər verir ki, çempionatın dördüncü günündə qadın və sərbəst güləşçilər mübarizəni yekunlaşdıracaqlar.

Belə ki, 58 kq və 69 kq çəkidə qadın, 70 kq və 125 kq çəkidə sərbəst güləşçilər qüvvələrini sınayacaqlar. Yığmamız bu çəkilərin hamısında təmsil olunacaq.  

Sərbəst güləş

Qadınlar

58 kq
Yığmamızın üzvü Natalya Sinişin mübarizəyə 1/8 finalda başlayıb. İlk görüşdə belaruslu Veranika İvanova ilə üz-üzə gələn güləşçi gərgin keçən döyüşdə qələbəyə sevinib - 4:2. O, ardınca Anna Vasilyenko (Ukrayna) və Elin Yohanna Nilssonla (İsveç) dueldən qalib ayrılıb. Rəqiblərini müvafiq olaraq, 5:0 və 12:2 hesabı ilə məğlub edən Sinişin finala yüksəlib.

Avropa çempionatında ilk titul arzusunda olan idmançı həlledici görüşdə Qrays Yakob Bullenlə (Norveç) görüşüb. Qarşılaşma təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Sinişin karyerasında ilk dəfə qitənin ən güclüsü ünvanını qazanıb.

69 kq
Gözəl Zutova da yarışa ilk mərhələdən qoşulub. Lakin o, Sinişindən fərqli olaraq, qələbə qazana bilməyib. Təmsilçimiz Dalma Canevaya (İtaliya) uduzub - 3:5.

70 kq
Bu çəkidə ölkəmizi təmsil edən Gitinomaqomed Hacıyev də startdaca məğlubiyyətə uduzub. 1/8 finalda Azamat Nurikov (Belarus) idmançımıza 7:5 hesabı ilə qalib gəlib.

125 kq
Komandamızın ən ağır çəkili güləşçisi Cəmaləddin Məhəmmədov startdaca güclü rəqiblər qarşılaşıb. O, 1/4 finala yüksəlmək üçün Vladislav Baytçayevlə (Rusiya) qarşılaşıb və görüş təmsilçimizin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Artıq Rio-2016-ya lisenziyanı təmin edən idmançımız yarımfinala gedən yolda ukraynalı Alan Zaseyev səddini keçə bilməyib - 2:6.

Yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail