Xarici işlər naziri AFFA-dakı yeni vəzifəsindən danışdı

11.03.2016 | 3154 dəfə oxunub

Bu gün keçirilən AFFA-nın Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinin üzvü seçilən xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə jurnalistlərə müsahibə verib. Stadium.Az xəbər verir ki, Məmmədyarov bəzi məsələlərdən də danışıb:

“Doğrudan da, bu, böyük şərəfdi. Amma hansısa şərh verə bilmərəm. Çünki yeni seçilmişəm, birinci iclasda iştirak etmişəm. Ancaq inanıram ki, biz yavaş-yavaş Azərbaycan futbolunu da inkişaf etdirərik. Planlardan danışmaq hələ tezdi. Çünki yeni seçilmişəm. Qoy, bu işlərlə daha yaxından tanış olum. Rövnəq müəllim təklif etmişdi ki, gəlin, ölkə futbolunu birlikdə qaldıraq. Burada xarici işlər naziri də iştirak etsin. Mən də ilk növbədə də Azərbaycan futbolunun həvəskarıyam. Yəqin bilirsiz ki, şəhərdə olanda yığmanın və klublarımızın oyunlarına gedirəm.

“Qarabağ” xoşuma gəlir. “Neftçi” vaxtında da yaxşı oyun göstərirdi. Amma indi bir qədər çətinlik çəkir. Ümumiyyətlə, Azərbaycan futbolunun azarkeşiyəm. Çalışarıq ki, hər iki işi yerinə yetirək. Axır vaxtlar futbolumuzda, xüsusilə klub səviyyəsində inkişaf gedir. “Qarabağ” və “Qəbələ” artıq Avropa Liqasının qrupunda oynayıb. İnanıram ki, belə getsə yayda o biri klublar da onların yolu ilə gedəcək. “Zirə” çox yaxşı oyun göstərir. “Qarabağ”ı da, “Qəbələ”ni də qeyd edərdim. Əlbəttə ki, bir az vaxt lazımdı. Amma avrokubok yarışlarında iştirak üçün təcrübə məsələsi də var. Düşünürəm ki, düz yol seçiblər. İnşallah, mövsümün sonunda Azərbaycan klubları Çempionlar Liqasında da iştirak edərlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail