Avropa çempionatında daha 3 güləşçimiz mübarizəyə qoşulur

10.03.2016 | 2503 dəfə oxunub

Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizəyə qoşulacaq.

Stadium.Az xəbər verir ki, əsas diqqətlər sərbəst güləşçilərin mübarizəsində Avropa və ikiqat dünya çempionu Hacı Əliyevlə ikiqat Avropa çempionu Cəbrayıl Həsənovun çıxışlarına yönələcək.

Hər iki pəhləvanın ilk görüşü 1/8 finala təsadüf edəcək. 23 yaşadək qadın güləşçilər arasında Avropa çempionu Alyona Kolesnik isə 1/4 finalda rəqibini gözləyəcək.

Avropa çempionatı

Üçüncü yarış günü

Qadın güləşi

55 kq

1/4 final. Alyona Kolesnik - Vanya Qomeş (Portuqaliya) / Simona Prikob (Rumıniya)

Sərbəst güləş

61 kq 

1/8 final. Sarinas Yurkis (Litva) - Hacı Əliyev 

74 kq 

1/8 final. Yakov Maxaraşvili (Gürcüstan) - Cəbrayıl Həsənov

İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq.

Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycan güləşçilərindən Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) bürünc medala sahib olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail