Bəhmən Həsənov: "Çox əsəbiyəm, çox məyusam"

09.03.2016 | 5250 dəfə oxunub

“Rəvan” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “İnter”ə 3 cavabsız qolla məğlub olaraq mübarizəni dayandırdı. Stadium.Az xəbər evrir ki, oyundan sonra komandanın baş məşqçisi Bəhmən Həsənov məğlubiyyəti dəyərləndirdi:

"Çox istəyirdik ki, bu oyunda uğurlu nəticə qazanaq və turu keçək. Ancaq bu istəyimizə nail ola bilmədik. Bilirsiz necədir, bir- birdə rəqib futbolçulara bütün epizodlarda uduzurqsa, nə taktika, nə sxem?! Bizim orta sahədə futbolçu problemlərimiz var. Bizim ürəyimiz yoxdur. Mən indi düşündüm ki, “Kəpəz”lə oyunda səhv etdim. Mən o oyunu bu matça qurban vermişdim. İndi anladım ki, səhv etmişəm. Xizanaşğilinin nəinki saçı, saqqalı da ağarıb. Amma 30 metrdən elə ötürmə verir ki... Bizdə nə elə texnikalı futbolçu var, nə sürətli oyunçu. Çox məyusam, çox əsəbiyəm. Heç belə olacağını gözləmirdim. Bu, istənilən futbolçuya verdiyim son şans idi. Daha şans veriləcəklərə olan limit bitdi. Nuran Qurbanova qarşı oynayan rəqib müdafiəçi iki dəfə ondan qocadı. Amma necə oynayır? Demək boş şeydi, əsas futbolçunun öz xarakteridir. Mən də əlimdən gələni futbolçular üçün edirəm. Biz əks hücum oynamırıq, yalan söhbətdi. Belə əks hücum olar? Mümkün deyil ki, belə oyunla tur keçək. Yaşlıları buraxdım, oynadılar, nə qazandıq? Bundan sonra ancaq gənclərə üstünlük verəcək. İndi əsas heyətdə meydanda olan bir neçə futbolçunu ikinci komandaya göndərəcəm. Adların indi deməyim, amma yollaycam. Mən ilk 30 dəqiqədən sonra meydanda olan 4 futbolçunu əvəzləməliydim. Amma neynəyim e? Bizdə elə futbolçu yoxdur ki, rəqibin oyunçularının keçidinin qarşısını alsın.

Bütün günü futbolçulara deyirəm ki, İlkin Qırtımovun solunu buraxın, vura bilməyəcək. Amma xeyri yoxdu”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail