Şahin Diniyev: "Sona kimi həyacan içində idim"

06.03.2016 | 2926 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turun son oyununda “Kəpəz” “Rəvan”ı səfərdə 3:1 hesabıyla məğlub etdi. Stadium.Az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

- Bazar günü, istirahət ola da, sağolun ki, bu soyuq havada stadiona gəlmisiz. Üstümüzdə biraz təziq vardı. Çünki son 3 oyunda qələbə qazana bilməmişdik. Düzgün seçim etdik və ilk hissədə oyunun nəticəsini həll etdik. İkinci yarıda isə oynamayan futbolçulara şans verdik. Əsas məsələ odur ki, 3 xalı qazandıq. “Rəvan” dişli komandadır. “Neftçi”ylə, “Qəbələ”ylə heç-heçə etmişdilər. “İnter”i udmuşdular.

- Hesab 3:0 olandan sonra qapıçını dəyişdiz. Hesab 3:1 olandan sonra həyacan keçirdiz?

- Bəli, düzün deyim ki, bundan sonra son dəqiqəyə kimi həyacan keçirdim. Çünki hesab 3:2 də ola bilərdi. Pis qapıçı deyil, sadəcə qırıla bilərdi.

- Qalib gəlsəz də, sanki komandadan razı qala bilmədiz. Şəhriyar Əliyevə də etirazınızı bildirdiz...

- Ehtiyatda olan müdafiəçimiz yoxdur. Şəhriyar isə sağ cinahda oynayırdı. O, bu cinahda oynamayıb deyə, ondan bundan artıq nəsə tələb edə bilmərəm. Qarşıdakı oyunda isə Şəhriyar Rəhimov da, Şəhriyar Əliyev də olmayacaq. Onlar cəzalı duruma düşdülər. Məncə mərkəzdə Tərlan Quliyevlə Şəhriyar çox gözəl tandem yaradıblar.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail