Olimpiya Oyunlarında lider güləşçilər fərqli qruplarda mübarizə aparacaq

04.03.2016 | 2839 dəfə oxunub

Dünya Güləş Birliyi güləş idman növünün dünyada populyarlığının artırılması üçün mütərəqqi addımlar atmaqda davam edir.

Stadium.az xəbər verir ki, beynəlxalq Olimpiya Komitəsi və DGB İcraiyyət Komitəsinin üzvləri ilə aparılan danışıqların nəticəsində Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının güləş yarışlarında tətbiq ediləcək yeni bir qərar qəbul edilib. 

Bu qərara əsasən, 2015-ci ildə Las Veqasda keçirilmiş Dünya çempionatının finalçıları Olimpiya Oyunlarında eyni yarımqrupda mübarizə aparmayacaq. Püşkatma zamanı "kor püşk" adlandırılan metoddan istifadə edilir, ancaq bu qayda Dünya çempionatının finalçılarına şamil edilməyəcək. Qərara əsasən, Dünya çempionatının qalibi üst yarımqrupda, gümüş medalçı isə alt yarımqrupda mübarizə aparacaq. Bu qərar güclü idmançıların Olimpiya Oyunlarının finalına çıxma şansını artıracaq. 

Bu qərar Dünya çempionatının finalında güləşən və lisenziya qazanan idmançıların özlərinin Olimpiya Oyunlarında iştirakı zamanı tətbiq ediləcək. Əgər milli federasiyalar Olimpiya Oyunlarına lisenziya qazanan idmançının özünü deyil, başqa birini iştirak ərizəsinə yazarsa, o zaman bu qərar tətbiq edilməyəcək. (AGF)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail