"San-Marino və Norveçlə matçlardan sonra qrupda zirvədə olacağıq"

03.03.2016 | 2856 dəfə oxunub

Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki öləsinin ətbuatına müsahibə verib. Goal.Az xəbər evrir ki, o, Azərbaycan millisindəəki işindən və burada qarşısına qoyulan məqsədlərdən də danışıb:

“Məqsədimiz dünya çempionatının seçmə mərhələsini yaxşı keçirməkdir. Dünya çempionatına getməklə bağlı proqnozu ilk 2 oyundan sonra vermək olar. Təbii ki, San-Marino və Norveçlə matçlardan sonra Almaniya, Çexiya və Şimali İrlandiyanın da yer aldığı qrupda zirvədə olacağıq. Zarafat bir yana, Azərbaycanın dünya çempionatına qatılacağına inanmaq çətindi. Bizim qarşımıza qoyulan məqsəd seçmə mərhələdə özümüzü yaxşı tərəfdən göstərməkdi.

Prosineçki daha sonra ölkəsinin millisi barədə də danışıb:

“Çaçiç də bilir ki, Avropa çempionatında ilk oyundan çox şey asılıdı. Türkiyə üzərində qazanılacaq qələbə bizi növbəti mərhələyə yaxınlaşdıra bilər. Türklər fanatizmlə oynayırlar. Ən yaxşı qrup üçüncüsü kimi turnirə vəsiqə qazanmaları onlarda özünəinam yaradıb, üstəlik, təcrübəli baş məşqçiləri var. Biz türklərə İngiltərədəki Avropa çempionatında qalib gəlmişik, İstanbulda da onları pis günə qoymuşuq. Ancaq Avro-2008-dən onlardan aldığımız yara var. Qalib gəlməli olduğumuz həmin oyunda uduzmuşduq. Bir də unutmayaq ki, Rakitiç kimi, türklərin futbolçusu Arda Turan da “Barselona”da çıxış edir.

Çexlərin Serbiyaya 4:1 hesabı ilə qalib gəldikləri oyuna baxmışdım. Düzdü, serblərin komandadaxili problemləri var idi. Ancaq 4:1 hesabı çox şeydən xəbər verir. Çexlər komanda şəklində güclü, sürətli və möhkəmdilər. Onlarla oyun bizim üçün həlledici ola bilər.

Prosineçki keçmiş komandası “Barselona”nın əzəli rəqibi “Real”a da toxunub: “Ronaldo “Real”la yaşayır. Düz deyir, daha yaxşı komanda qurulmalıdı. Çünki “Real” hazırda “Barselona”, “Bavariya” və “Yuventus”la rəqabət aparacaq gücdə deyil. İspaniya Kubokunu tərk ediblər, La Liqada çempionluq mübarizəsində “Barselona”ya uduzdular. Yalnız Çempionlar Liqasında mübarizəni davam etdirirlər. “Real”ın xorvat futbolçusu Mateo Kovaçiçə gəlincə, gənc oyunçudu. Qarşısında yüksək səviyyədə çıxış etmək üçün hələ 10 il var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail