"İndi əsas məsələ cavab oyununda da bu üstünlüyü qorumaqdır"

03.03.2016 | 2933 dəfə oxunub

İki aydır zədə üzündən “Qəbələ”yə kömək edə bilməyən Ruslan Abışov ötən gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə”ylə səfər oyununda meydana çıxdı. Stadium.Az xəbər verir ki, Ruslan açıqlamasında əvvəlcə zədədən sonrakı durumuna aydınlıq gətirib:

“İki ay idi ki, zədədən əziyyt çəkirdim. İki aydan sonra ilk oyunu süni meydanda keçirmək bir qədər çətin idi. Məşqlərdə tam gücümlə çalışıram ki, tez sağalım. Bu oyunda əvəzlənməyim də yorulmağımla bağlı idi. Həqiqətən çox yorulmuşdum. Əlimdən gələn qədər mübarizə apardım. Məşqlərdə də özümü daha yaxşı göstərməyə çalışıram ki, ideal formamı bərpa edim”.

Abışov “Zirə”ylə oyun, kubokda və Premyer Liqadakı iddialarından da danışdı: “Bura sərfəli nəticə üçün gəlmişdik. Şükürlər olsun ki, istəyimizə nail olduq. “Zirə” yaxşı komandadır. İndi əsas məsələ cavab oyununda da bu üstünlüyü qorumaqdır. Əsas hədəfimiz ölkə kubokunu qazanmaqdır. “Qəbələ” bir dəfə bu şansı finalda əlindən qaçırdıb. Ancaq indi kuboku qazanmaq istəyirik. Bizim komandanın gücü buna qadirdi. Sadəcə heyətdə zədə problem olmasa və bəxt bizdən üz döndərməsə, bunu bacaracağımıza əminəm.

İndi çempionatda da mübarizə aparırıq. Ancaq çempion olmaq şansımız o qədər də real deyil. Düzdü, bunun üçün də əlimizdən gələni edəcəyik, amma gərək rəqiblər də xal itirsin. Hər şey öz əlimizdə deyil yəni. Ancaq sona kimi vuruşacağıq”. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail