"Xəzər Lənkəran"da yeni rekord - Rahid Əmirquiyev yaddan çıxdı

03.03.2016 | 3739 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyununda rəqib qapısına qol vuran İbrahim Qədirzadə “Xəzər Lənkəran”ın tarixinə düşüb. Stadium.Az xəbər verir ki,  “ağ-yaşıllar”a 3:2 hesablı qələbə qazandıran qola imza atan futbolçu komandanın tarixində buna nail olan ən gənc futbolçu olub.

Belə ki, sayca 41-ci “Böyük oyun”un taleyini həll edən İbrahim 16 yaş 11 ay 12 günlüyündə fərqlənib. Martın 21-də 17 yaşını qeyd edəcək Qədirzadə bununla da “Xəzər Lənkəran”ın 12 illik tarixinin ən gənc qolçusu adını ələ keçirib.

Bunadək rekord komandanın sabiq kapitanı Rahid Əmirquliyevə məxsus idi. O, 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə də kubokda, 2006-cı il noyabrın 20-də “Bakılı” (4:0) ilə matça təsadüf edib. Bu rekord təxminən 10 il duruş gətirsə də, gənc oyunçumuz  bu göstəricini 98 gün üstələyib. Klub tarixinin 3-cü gənc qolçusu isə ötən mövsüm Topaz Premyer Liqasının VIII turunun “Bakı” ilə oyununda 17 yaş 6 ay 23 günlüyündə fərqlənən Elnur Cəfərovdur.
 
Azərbaycan çempionatlarında isə “Xəzər Lənkəran”ın rekordu Rahidə məxsusdur. Premyer Liqadakı ilk topunu 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vuran yarımmüdafiəçi buna 17 yaş 2 ay 20 günlüyündə nail olub.
 
Ümumilikdə isə İbrahim “Xəzər Lənkəran”da qol vuran 102-ci oyunçudur. “Neftçi” ilə oyunlarda yubiley – 10-cu qələbəsini qazanan “Xəzər Lənkəran”ın heyətində bu matçadək 99 futbolçu qol sevinci yaşayıb. Oyunda hesabı açan Vaquf Güləliyev klub tarixinə 100-cü qolçu kimi düşübsə, Tural Qürbətov 101-ci olub. Bu matçda debüt edən Bayram Budaqov isə ağ-yaşıl forma geyinən 208-ci oyunçu olub. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail