“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının media akkreditasiyaya start verilib
Martın 1-dən “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının media akkreditasiyası prosesinə start verilib.
Stadium.Az xəbər verir ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi martın 31-dək onlayn qaydada təşkil olunacaq. Akkreditasiya iyunda Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsində (www.bakucitycircuit.com/az) aparılır.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edərək deyib: “Bakıda ilk dəfə keçiriləcək Avropa Qran-prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də “Formula-1” kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.
Avropa Qran-pri yarışları iyunun 17-19-da Bakıda təşkil olunacaq. Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. Sinqapur, Monako və Melbrun kimi, Bakıda da bu mötəbər yarış şəhər trekində keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |