Pike: "Neymar "Real"a getsə, qolumu kəsərəm"

29.02.2016 | 5429 dəfə oxunub

"Barselona" La Liqanın 26-cı turunda "Sevilla"nı 2:1 hesabıyla məğlub etməklə turnir cədvəlində ən yaxın izləyicilərindən daha da uzaqlaşıb. Stadium.Az xəbər verir ki, katalonların müdafiəçisi Xerard Pike argentinalı ulduz Messi və oyun barədə fikirlərini bölüşüb.

"Messi hər şeyi - oyun, məhsuldar ötürmə, qollar.. yaradır. O, komandaya zinət və dəbdəbə gətirir. Leonun texniki keyfiyyətləri və oyunu görməsi adi insan işi deyil. Meydanda sərbəstdir və ən yaxşı seçim axtarır. Messinin qarşısını almaq qeyri-mümkündür. Rekordlar gözəldir, amma çempionluq daha vacibdir. Mövsümü uğurla başa vurmalıyıq. Bizim üçün hər şey yaxşı gedir. Amma "Real" yeganə rəqibimiz deyil. Liqada "Atletiko", kubokda "Sevilla" və Çempionlar Liqası var".

Pike daha sonra "Periscope" şəbəkəsində azarkeşlərin suallarını cavablandırıb.

"Mançester Yunayted". Özümü "Barsa"da xoşbəxt hiss edirəm. "Yunayted" ikinci klubumdur, amma gələcəyim buradadır.

Ronaldunun sözləri. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir.

"El Clasiko". Ümid edirəm, "Barselona" qalib gələcək. Hər iki komandanın durumu fərqli olsa belə, bu oyunlar həmişə çətin keçir.

Neymarın "Real"a transfer ehtimalı. Neymar "Real"a getsə, qolumu kəsərəm. O, "Barsa"nı çox sevir. Fikrimcə, qarşıdakı illərdə burada qalacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail