İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxaraq qalib gəldi VİDEO

29.02.2016 | 3688 dəfə oxunub

Moskvada keçirilən MMA (Qarışıq döyüş forması) üzrə "Fight Night Global" turnirində azərbaycanlı döyüşçü Nəriman Abbasov qələbə qazanıb. Stadium.Az xəbər verir ki, təmsilçimiz turnirin 1/4 final mərhələsində rus idmançısı Nikolay Qaponovla üzü-üzə gəlib.

Döyüşçümüzün qələbəsi ilə yanaşı, Abbasovun rinqə çıxmazdan əvvəl atdığı addımı da alqışa layiq olub. Belə ki, o, rinqə dəvət olunarkən üzərində "Khojaly Genocide" yazılan formanı geyinib. Döyüş Xocalı faciəsinin 24-cü ildönümünə təsadüf etdiyindən idmançımız turnirdə iştirak edənlərə 1992-ci il fevralın 26-da yaşanan soyqırım barədə məlumat verib.  Yarışa erməni iştirakçılar da qatılıb. Nəriman Abbasovdan sonra meydana məhz erməni idmançı çıxıb.

Qaydalara əsasən, idmançıların siyasi şüarlar olan formalardan istifadə etməsi qadağan olunur. Əvvəlcədən aşkarlanarsa, buna icazə verilmir. Ancaq Abbasovla yanaşı, məşqçilər korpusu da son anda formalardan istifadə edib və istəklərinə nail olublar.

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Həmin gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi  şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub.

Şəhər əhalisindən 613-ü düşmən gülləsinə tuş gəlib, soyqırımın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail