Azərbycan Premyer Liqasında danışılmış oyun

27.02.2016 | 3930 dəfə oxunub

Azərbaycan Premyer Liqası klublarının şübhəli oyunda iştirakına dair UEFA-dan AFFA-ya məlumat daxil olub.

Stadium.Az xəbər verir ki, bu barədə AFFA-nın Hüquq və kadr məsələləri şöbəsinin müdiri Rəmiş Malıyev açıqlama verib.

Onun sözlərinə görə, məlumat builki oyunları əhatə edir. Lakin R.Malıyev araşdırma getdiyi üçün həmin oyunu açıqlamayıb: "Söhbət klubların imicindən, təqsirsizlik prezumpsiyasından gedir. Ola bilər ki, məlumat doğru çıxmasın. Ona görə də konfidensiallığı qoruyuruq. Hazırda məsələ araşdırılır".

R.Malıyev şübhəli oyunların araşdırılması zamanı ortaya çıxan çətinliklərdən də danışıb: "Biz hüquq-mühafizə orqanı deyilik, qanunvericilikdə danışılmış oyunlarla bağlı cəzanı nəzərdə tutan maddə yoxdu. Azərbaycan "İdman-mərc oyunlarının manipulyasiyasına dair Avropa Şurası Konvensiyası"na qoşulub. Ümid edirəm ki, müvafiq qanun layihəsi Milli Məclisdə qəbul edildikdən sonra bu istiqamətdə ciddi irəliləyişə nail olacağıq".

AFFA rəsmisi Premyer Liqadan fərqli, I Diviziondan şübhəli oyunlarla bağlı UEFA-dan heç bir məlumatın daxil olmadığını vurğulayıb. Lakin o, aşağı liqadakı oyunların nəzarət altında saxlanıldığını söyləyib:

"I Divizionda şübhəli oyunların olduğunu bilirik. Amma bunları hansısa formada təsdiqləmək imkanlarımız məhduddur. Etiraf edirəm ki, bu istiqamətdə fəaliyyətimiz qənaətbəxş deyil".

I Divizionda son olaraq, XV turun "Şərurspor" - "Göyəzən" matçının nəticəsinin (0:3) bukmeyker kontorlarında müəyyənləşdirilməsinə dair şübhələr ortaya çıxıb. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail