Anyete: "Oyunumuzu yaxşılaşdırmaqda davam etməliyik..."

27.02.2016 | 2922 dəfə oxunub

“Neftçi” Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində qarşılaşacağı “Zirə” klubu ilə oyunun hazırlığını başa vurub. Klubun təlim-məşq bazasındakı meydançada baş tutmuş məşqdən sonra Ruslan Qurbanov və Anyete klubun rəsmi saytına açıqlama veriblər.

Ruslan Qurbanov: “Hesab edirəm ki, sabah maraqlı oyun olacaq. Hazırlığımız uğurlu keçib, oyuna hazırıq. “Zirə” yaxşı rəqibdir, onların turnir cədvəlindəki tutduğu mövqe də bunu sübut edir. Lakin bu bizi qorxutmur, çünki meydana yalnız 3 xal üçün çıxacağıq. İnşallah, sabahkı oyunda bu rəqiblə qələbəsizlik seriyasına son qoymaq niyyətindəyik”.

Anyete: “Hər kəsə məlumdur ki, oyun ağır olacaq. “Zirə” artıq güclü komanda olduğunu sübut edib. Bu rəqib üzərinə düşən vəzifəni yaxşı yerinə yetirir, bu isə o deməkdir ki, “Zirə” ilə bu oyunumuz da çətin keçəcək. Biz də artıq sübut etmişik ki, hər bir rəqibə qalib gələ bilərik. Komandada motivasiya yaxşıdır. Oyunumuzu yaxşılaşdırmaqda davam etməliyik və son məğlubiyyətdən sonra yaxşı nəticə qazanmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail