AFFA-nın dəstəklədiyi şəxs FİFA prezidenti oldu

26.02.2016 | 2346 dəfə oxunub

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbədənkənar Konqressi təşkil olunub. Stadium.Az xəbər verir ki, konqressdə qurumun yeni prezidenti seçilib.

Ali futbol qurumuna növbəti 4 ildə UEFA-nın eks baş katibi Canni İnfantino rəhbərlik edəcək. O, səsvermənin ikinci turundan sonra əsas rəqibi Şeyx Salman bin İbrahim əl-Xəlifəni böyük fərqlə geridə qoyub.

207 milli federasiyanın iştirak etdiyi səsvermənin nəticələri aşağıdakı kimi olub:

1-ci tur

Şahzadə Əli bin Əl Hüseyn - 27 səs

Şeyx Salman bin İbrahim əl-Xəlifə - 85 səs

Jerom Şampan - 7 səs

Canni İnfantino - 88 səs

2-ci tur

Şahzadə Əli bin Əl Hüseyn - 4 səs

Şeyx Salman bin İbrahim əl-Xəlifə - 88 səs

Jerom Şampan - 0 səs

Canni İnfantino - 115 səs

"Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Biz FİFA-nın əvvəlki imicini geri qaytaracağıq. Bütün dünya bizimlə fəxr edəcək. Bütün 209 milli federasiya və digər namizədlərə təşəkkür edirəm. Oyunun mərkəzdə olacağı yeni futbol erası qurmaq istəyirəm. Futbol zülmət vaxtlardan keçdi. Amma hər şey geridə qaldı. Hər kəsi bizimlə əməkdaşlığa dəvət edirəm" - İnfantino qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail