Respublika stadionunun direktoru Akif İsmayılov vəfat edib

26.02.2016 | 2667 dəfə oxunub

Respublika stadionunun keçmiş direktoru Akif İsmayılov 52 yaşında vəfat edib. Stadium.Az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İsmayılov 1999-2015-ci illər aralığında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru vəzifəsində çalışıb. 

Ötən ayın 21-də 52 yaşını tamamlayan Akif İsmayılov 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Mərhum vaxtilə futbolçu da olub. “Neftçi”nin əvəzedici heyətində, həmçinin “Termist”, Naxçıvanın “Araz”, Sabirabadın “İnşaatçı”, Lənkəranın “Xəzər”, Anatoli Banişevskinin baş məşqçi olduğu dövrdə isə Mingəçevirin “Avtomobilçi” komandasında oynayıb. İsmayılov “Termist”lə Azərbaycan çempionu, “İnşaatçı” ilə Azərbaycan Kubokunun sahibi adını qazanıb. 1989-cu ildə futbolçu karyerasını bitirib.

1999-cu il sentyabrın 3-də keçirilmiş Azərbaycan – Portuqaliya matçından sonra isə həmin dövrdə gənclər və idman naziri olmuş Əbülfəs Qarayevin əmri ilə bura direktor vəzifəsinə təyin olunub. Burdakı işindən isə keçən ilin yayında ayrılıb. 

Allah rəhmət etsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail