“Qarabağ qaziləri”dən AFFA və PFL-ə sərt tələb

18.10.2011 | 4512 dəfə oxunub

“Qarabağ qaziləri” İctimai Birliyi (QQİB) “Rəvan” və “Qarabağ” futbol klubları arasında keçirilən oyun zamanı “Rəvan”ın braziliyalı futbolçusu Reis Klaudineinin Ağdam klubuna qarşı nalayiq hərəkətini pisləyib. Stadium.az xəbər verir ki, İctimai Birlik bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Qarabağ uğrunda döyüşlərdə iştirak edən şəxslər son zamanlar legioner oyunçuların azərbaycanlı futbolçulara, azarkeşlərə qarşı olan tərbiyəsizliklərindən hiddətləniblər.

Birliyin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib ki, Qarabağ qaziləri “Rəvan” klubu, AFFA və PFL rəhbərliyindən son olayla bağlı ciddi tədbir görməyi tələb edir.

“Rəvan” klubunun futbolçusunun bu hərəkəti təkcə “Qarabağ” klubuna deyil, bötüvlükdə Qarabağ camaatına, onun timsalında Azərbaycan xalqına qarşı təhqirdir. Biz, Qarabağ qaziləri “Qarabağ” komandasını, onun azarkeşlərini təhqir edən bir futbolçunun tezliklə ən sərt formada cəzalandırılmasını tələb edirik. Əks təqdirdə, baş verə biləcək xoşagəlməz olaylara görə “Rəvan” klubunun rəhbərliyi və müvafiq qurumlar məsuliyyət daşıyır” – deyə bəyanatda bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail