Pirverdiyevdən öz klubuna qarşı Etibar(sızlıq) - İŞIĞINI KƏSDİ

25.02.2016 | 3091 dəfə oxunub

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev himayəsində olan Qusarın “Şahdağ” futboluna qarşı qəribə addım atıb. Stadium.az xəbər verir ki, Pirverdiyev 5 aya yaxındı komandaya bir qəpik vermədiyi halda, bazanın işğını kəsib. Buna səbəb kimi isə klubun 1000 manat borcu səbəb göstərilib.

Saytın araşdırmasına görə, 2004-cü ildən “Azərenerji” ASC prezidentinin himayəsinə keçən “Şahdağ”da maliyyə vəziyyəti gündən-günə pisləşir. Hələ 2015-ci ilin yanvarında belə məlumatlar yayılmışdı ki, “Şahdağ”ı himayə edən Etibar Pirverdiyev qardaşı Vüqar Pirverdiyevi klubun idarəçiliyindən kənarlaşdırıb. Onun nəzarətindəki “Atlant” şirkəti də Qusar klubunu maliyyələşdirməkdən məhrum edilib.

Etibar Pirverdiyev qardaşını və onun şirkətini “Şahdağ”dan qovsa da, klubu əldən verməyib. Məlumata görə, “Azərenerji” rəhbəri özünün “Azenco” şirkətini kluba sponsor təyin edib.

Vüqar Pirverdiyevin gedişindən sonra kluba nəzarət Ərəstun Niftiyevə tapşırılıb. Elə bütün problemlər də bundan sonra başlayıb. “Atlant”ın dövründə komandanın maaşları vaxtlı-vaxtında verilsə də, indi futbolçular normal məvacib də ala bilmir.

Ötən ilin payızında Qusar klubunun yaydığı bəyanatda son durum üstüörtülü şəkildə də olsa, təsvirini tapıb: “Təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırda ”Şahdağ” tarixinin ən ağır günlərini yaşamaqdadı. Etiraf etməliyik ki, klubda ciddi maliyyə problemləri mövcuddu. Klubun iclasında rəhbərliyin qərarına əsasən, baş məşqçinin vəzifələrinin müvəqqəti icrası Şərəfəddin Məmmədova həvalə olunub.

Bununla yanaşı, bütün yerli oyunçular vəd ediblər ki, komandanı bu çətin günlərdə tərk etməyəcək və son nəfəsə qədər qalacaqlar. Iclasda iştirak edən veteran futbolçular - Fair Əmirquliyev, Zahid Tayyibov və digərləri komandaya qayıdıb təmənnasız yardım edəcəklərini bildiriblər. Dəyərli azarkeşlər, bizi yaşadan və bizə stimul verən sizin dəstəyinizdi. Bu arada dəstəyinizə çox ehtiyacımız var. Gücümüzü birləşdirərək, Qusar futbolunu yaşadaq!

Əziz media nümayəndələri, “Şahdağ” həmişə mətbuata böyük hörmətlə yanaşıb və bu yoldan dönməyəcək. Bu günlərdə sizin dəstəyiniz də bizim üçün çox önəmlidir. “Şahdağ” zəngin tarixə malik olan bir klubdur. Bu il “Şahdağ” 65 illiyini qeyd edir. Biz inanırıq ki, hamımız bir yerdə “Şahdağ”ı dəstəkləyərkən, komanda öz 100 illiyini qeyd edəcək”.

Xəbərə görə, bu müraciətdən sonra da Pirverdiyevin nəzarətindəki klubun maddi durumunda heç bir yaxşılaşma qeydə alınmayıb. Üstəlik, “Şahdağ”ın maliyyə vəziyyəti daha da pisləşib.

İş hətta o yerə çatıb ki, Pirverdiyev “Şahdağ”a maliyyə ayırmaq bir yana, onun elektrik enerjisi borcuna görə işığını kəsib. Bu “Azərenerji” rəhbərinin klubun himayəçiliyindən faktiki olaraq imtina etməsi kimi qiymətləndirilir. (unikal.org)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail