"Beşiktaş"ın futbolçularından qan xərçəngi olan azərbaycanlıya böyük dəstək - FOTO

24.02.2016 | 2888 dəfə oxunub

"Beşiktaş"ın ulduzları oxumaq üçün getdiyi Türkiyədə xərçəng olan gəncə imzalı forma göndəriblər. Stadium.Az xəbər verir ki, dünya şöhrətli "Beşiktaş" klubunun oyunçuları oxumaq üçün Türkiyəyə gedən, burada qan xərçəngi olan azərbaycanlı tələbə İbrahim Fərhadlıya (Hacıyev) sürpriz ediblər.

Azərbaycanlı tələbə Türkiyənin “Beşiktaş” klubunun fanatıdır. İbrahimə ən böyük dəstək komandasının məşhur futbolçularından gəlib. Almaniyalı ulduz Mario Qomez, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və  Tolga Zəngin İbrahimə imzalanmış forma göndəriblər.  Bundan başqa onlar İbrahimə dəstək mesajları yayımlayıblar. 

İbrahim Bakı Dövlət Universitetində təhsil alıb. Daha sonra təhsilini İstanbul Texniki Universitetində davam etdirmək üçün Türkiyəyə yola düşüb. İmtahan ərəfəsində qəfildən burnundan qan açıldığı üçün həkimə gedən gənc acı gerçəklə üzləşib. Qan xərçəngi diaqnozu qoyulan gənc tibbi sığortası və vətəndaşlığı olmadığı üçün özəl xəstəxanada müalicə almalı olub. İstanbul Valiliyi gəncə kömək kampaniyasına başlayıb.

İnfeksiya riski olduğu üçün həkimlər ona anasından başqa heç kimlə görüşməyə icazə vermirlər. 

İbrahim Fərhadlı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail