AFFA cəzaları açıqladı

23.02.2016 | 2221 dəfə oxunub

Bu gün klublar komitəsinin növbəti iclası keçirilib. Stadium.az  xəbər verir ki, 19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasının XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

14 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasında çıxış edən klubların XXI turunun “Zirə” – “Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunmuşdur ki, “Rəvan” klubunun 11 №-li futbolçusu Elnur Abdulov oyunun 75-ci dəqiqəsində meydançaya daxil olarkən futbolçunun oyun formasında adı qeyd olunmamışdır. Fubolçunun adının qeyd olunmamasına görə “Rəvan” klubu 1000 manat cərimə olunub.
19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun baş məşqçisi Tofiq Mustafayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan  kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunub.
19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Rəvan” – “Qəbələ” matçında “Rəvan” klubunun 4, “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı  üçün hər iki klub 500 manat cərimə olunub.
18 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionunun XIV turunun “Göyəzən” – “Turan Tovuz” matçının 90+3-cü dəqiqəsində “Göyəzən” klubunun 2 №-li futbolçusu Elxan Alışanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
18 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Mil-Muğan” – “Şərurspor” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
18 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Şahdağ” – “Qaradağ-Lökbatan” matçının 83-cü dəqiqəsində “Qaradağ-Lökbatan” klubunun 5 №-li futbolçusu Vüsal İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Ağsu” – MOİK matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 58-ci dəqiqəsində “Ağsu” klubunun 21 №-li futbolçusu Elmixan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Şəmkir” – “Zaqatala” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
17 fevral 2016-cı il U-19 Liqasının “İnter” – “Rəvan” matçının 90+3-cü dəqiqəsində “İnter” klubunun 55 №-li futbolçusu Vəfalı Qasımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
15 fevral 2016-cı il Bakcell U-17 Liqasının AZAL – “Neftçi” İK İB matçının 64-cü dəqiqəsində AZAL klubunun 18 №-li futbolçusu Əli Səfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
15 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Bakı” – “Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində “Bakı” klubunun 3 №-li futbolçusu Nicat Məmiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
21 fevral 2016-cı il U-14 Liqasının UGİM Nabran (Xaçmaz) – ŞKGB  matçında ŞKGB klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
21 fevral 2016-cı il U-14 Liqasının UGİM-14(Binəqədi) – Təhsil RİM(Sumqayıt) matçında UGİM-14 klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
20 fevral 2016-cı il Coca-Cola U-13 Liqasının Qəbələ (Qəbələ) – Bakı 008 (Bakı) matçında Bakı 008 klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
14 fevral 2016-cı il U-12 Liqasının MKT-Araz (İmişli) – Bahar-Gİİ (Beyləqan) matçı başa çatdıqdan sonra Bahar-Gİİ komandasının baş məşqçisi Xudaverdi Tumusovla oyunun baş hakimi bir-birini təhqir etmişlər. Bahar-Gİİ komandasının baş məşqçisi Xudaverdi Tumusov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb. Oyunun baş hakimi haqqında Hakimlər Komitəsi lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
19 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin FHN – İFFA matçının 22-ci dəqiqəsində İFFA klubunun 8 №-li futbolçusu Mehdi Rəsulov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
20 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin “Ağdam” – “Neftçi” matçının 24-cü dəqiqəsində “Ağdam” klubunun 10 №-li futbolçusu Tural Mikayılov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
20 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin “Qarabağ Veteran” – “Sabirabad-Ekbatan” matçının 40-cı dəqiqəsində “Qarabağ Veteran” klubunun 19 №-li futbolçusu Coşqun Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail