ƏFSANƏ - 70

23.02.2016 | 2251 dəfə oxunub

Bu gün əfsanənin 70 illiyidir. Təbi ki, Azərbaycan futbolunda əfsanə deyildikdə yadda düşən ilk ad Anatoli Banişevskidir. O, Azərtbaycan futbol məktəbinin ən parlaq simalarından biri hesab olunur. Bəlkə də, elə birincisi.

Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. O, Azərbaycanın futbol tarixində silinməz izlər qoyub.

Banişevski istedadlı, qabiliyyətli olmaqla yanaşı sadiqliyi ilə də seçilib. O, peşəkar karyerası ərzində – 1963-cü ildən 1928-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub.

A.Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ mili komandasına cəlb edilib. Tezliklə bakılı məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Bundan başqa, A.Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında iştirak edib.

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan A.Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu Neftçi olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib. O, 1984-88-ci illərdə "Burkino-Faso"da məşqçi vəzifəsində çalışıb. Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə düçar olub. Ömrünün son illərini ehtiyac içində keçirib.

1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edən Banişevski ölümündən 1 il əvvəl Şöhrət ordeninə layiq görülüb. Futbolçunun Bakıda yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. 

Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail