Bakıya gələcək bütün "Formula 1" pilotları məlumdur

20.02.2016 | 2902 dəfə oxunub

Ötən gün Formula 1-də boş olan son vakansiya da tutulduqdan sonra komandaların tam heyəti formalaşıb.

Stadium.Az xəbər verir ki, "F-1.az" saytına istinadən məlumat verir ki, bununla da iyun ayında ölkəmizə gələcək komandaların tam heyəti məlum olub.

Bu il çempionatda 11 komanda iştirak edir və hər bir komandanı iki sürücü təmsil edir. Ona görə də Hökumət Evinin qarşısındakı start-finiş düzlüyündə iyunun 19-da dünyanın ən sürətli 22 sürücüsünü görəcəyik. Qeyd edək ki, peletonda 5 dünya çempionu (Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton) yarışacaq.

Aşağıdakı cədvəldən də göründüyü kimi, peletonda ən təcrübəli sürücü Censon Battondur. Britaniyalı sürücü 17-ci mövsümünə hazırlaşır və indiyə kimi 287 Qran-Pridə iştirak etməklə 284 yarışda start alıb, 15 mindən çox dövrə vurmaqla 75.5 min km-dən çox məsafə qət edib. Bakıya gələn sürücülər arasında ən titullusu dördqat dünya çempionu Sebastian Fettel olsa da, qələbə sayına görə cəmi bir qələbəlik üstünlük sonuncu dünya çempionu Lyuis Hemiltondadır – 43 qələbə. Amma S.Fettel 2013-cü ilin ikinci yarısında ardıcıl 9 qələbə qazanmaqla adını "Formula 1" tarixinə yazdırıb.

Podiumların sayına görə Bakıya gələcək sürücülər arasında Fernando Alonso (90) liderlik etsə də, pouldan və birinci cərgədən start almaq üzrə lider L.Hemiltondur. Sürətli dövrələrə görə Kimi Raykkönen (42) rəqiblərini çox qabaqlayır. S.Fettelin 28 dubluna (pouldan start almaqla qələbə qazanmaq) L.Hemilton 9 het-triklə (poul, qələbə və sürətli dövrə) cavab verib. Startdan finişədək liderlik daha çox etdiyinə görə (13 dəfə) S.Fettel peletonda 4 dəfə Böyük Dəbilqə (het-trik və startdan finişədək liderlik) qazanmış sürücüdür.

S.Fettel həm də "Formula 1" tarixində indiyə qədər ən çox xal qazanmış sürücüdür. Hazırda onun hesabında 1896 xal var.

Amma Bakıda keçiriləcək yarışa qədər təqvimdə 7 yarış var və bu cədvəldəki bir çox göstəricilər üzrə adlar dəyişə bilər.

 

Göstərici

2016-cı il

Formula 1 tarixində

Sürücü

Say

Sürücü

Say

F1-də mövsüm

Censon Batton

16

Rubens Barrikello

19

Qran Pri

Censon Batton

287

Rubens Barrikello

326

Start

Censon Batton

284

Rubens Barrikello

322

Qələbə

Lyuis Hemilton

43

Mixael Şumaxer

91

Ardıcıl qələbə

Sebastian Fettel

9

Sebastian Fettel

9

Podium

Fernando Alonso

97

Mixael Şumaxer

155

Ardıcıl podium

Lyuis Hemilton

16

Mixael Şumaxer

19

Poul

Lyuis Hemilton

49

Mixael Şumaxer

68

Ardıcıl poul

Lyuis Hemilton

7

Ayrton Senna

8

Birinci cərgə

Lyuis Hemilton

90

Mixael Şumaxer

116

Ardıcıl birinci cərgə

Lyuis Hemilton

20

Ayrton Senna

24

Sürətli dövrə

Kimi Raykkönen

42

Mixael Şumaxer

77

Ardıcıl sürətli dövrə

Kimi Raykkönen

6

Alberto Askari

7

Dubl

Sebastian Fettel

28

Mixael Şumaxer

40

Het-trik

Lyuis Hemilton

9

Mixael Şumaxer

22

Startdan finişədək liderlik

Sebastian Fettel

13

Ayrton Senna

19

Böyük Dəbilqə

Sebastian Fettel

4

Cim Klark

8

Dövrələr

Censon Batton

15182

Mixael Şumaxer

16825

Liderlik dövrələri

Sebastian Fettel

2614

Mixael Şumaxer

5112

Məsafə, km-lə

Censon Batton

75542.46

Mixael Şumaxer

81209.07

Liderlik məsafəsi, km-lə

Sebastian Fettel

13754.83

Mixael Şumaxer

24153.11

Xallar

Sebastian Fettel

1896

Sebastian Fettel

1896




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail