Dünya və Avropa çempionumuz: "Mən kimin dost, kimin düşmən olduğunu bildim"

18.02.2016 | 3840 dəfə oxunub

Kikboksinq üzrə Dünya və Avropa çempionu, həmçinin,  Sərhədçi Olimpiya Mərkəzinin baş məşqçisi Fuad Zeynalov "facebook" sosial şəbəkəsində bəyanat yayıb.
 

Stadium.Az həmin bəyanatı sizə təqdim edir:

"Bildiyiniz kimi, mən Sərhədçi Olimpiya Mərkəzinin baş məşqçisiyəm, kapitan rütbəsindəyəm. Dünya və Avropa çempionu, Dünya kubokunun sahibiyəm. Bu yarış mənim sonuncu yarışım olmalı idi. Sonuncu dəfə rinqə çıxıb nəyə qadir olduğumu sübut etmək istəyirdim. Bu yarış mənim üçün həm də şəxsi imtahan idi. Sözsüz ki, yarış öz vətənimdə keçirildiyinə görə onun ədalətlə mühakimə olunacağına əmin idim. Məqsədim titul əldə edib çempion olmaq idi. Yuxarıda da qeyd etdiyim kimi titullarım kifayət qədərdir. Bu titulların siyahısına daha birini də əlavə etmək istəyirdim. 
Yarışda başda prezident olmaqla, bütün idarə heyəti iştirak edirdi. Karyeramın ən prinsipial döyüşləri Kamil Şərifov adlı döyüşçü ilə olub. İki dəfə ona məğlub olmuşam. Bu yarışın yarım finalında onunla yenidən üçüncü dəfə qarşılaşdıq. Bu yarışa böyük məsuliyyətlə hazırlaşmışdım. Çəkdiyim əziyyətlərin və gərgin məşqlərin sayəsində özümü tam hazır hiss edirdim. Fikirləşdiyim kimi də oldu. Mən rəqibimə asanlıqla və böyük fərq üstünlüyü ilə qalib gəldim. Döyüşün sonunda əminliklə əllərimi qaldırıb qalib olduğumu göstərdim. Amma gözlənilmədən canlı yayımda və idarə heyətinin gözü qarşısında hakim Kamilin əlini qaldırdı. Bu qərar haqlı olaraq həm mənim, həm də federasiya prezidentinin narazılığına səbəb oldu. O, hətta vitse-prezident Güloğlan Cabbarova iradını bildirərək mənim qalib olduğumu və finalda döyüşməli olduğumu dedi. Bundan sonra məni əmin etdilər ki, yenidən qərar çıxarılacaq və mən finalda döyüşəcəm. Burda hansı oyunların getdiyini başa düşmədim, amma qərar qüvvəsində qaldı. Mənə ən ağır gələni isə odur ki, bu qərarı mənə “qardaş” deyən insanlar çıxardı. Bilmirəm bu hərəkətin səbəbi nə idi: paxıllıqmı, qısqanclıqmı.. Bunu onların vicdanına buraxıram. İstənilən halda karyeramın son döyüşü mənə gözlədiyimdən də artığını verdi. Sonuncu raundun qonq səsi dost və düşməni bir-birindən ayırdı. Mən kimin dost, kimin düşmən olduğunu bildim. 


P.S. Sonda mənim qalib olduğumu təsdiqləyən federasiya prezidenti Adil Əliyevə öz təşəkkürümü bildirirəm və demək istəyirəm:

“Sizin fikriniz mənə yalançı hakimlərin və saxta dostların qərarından daha üstündür!”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail