Messi xərçəng xəstəsi Yohan Kruyfa dəstək olmaq üçün penaltini elə vurub

18.02.2016 | 4092 dəfə oxunub

İspaniya La Liqasının XXIV turunda "Barselona"nın ulduzu Lionel Messinin "Selta"ya vurduğu penalti bir çoxlarının narazılığına səbəb olsa da futbolçunun nə üçün belə etdiyi məlum olub.

Stadium.Az xəbər verir ki, ulduz futbolçunun belə penalti vurmaqda məqsədi, "Barselona"nın keçmiş futbolçusu və hal-hazırda xərçəng xəstəliyi ilə mübarizə aparan Yohan Kruyfa dəstək olmaq olub.

Belə ki, Kryuf 1982-ci ildə ilk dəfə belə bir hərəkət ilə penaltini qola çevirmişdi. Kruyf Messinin belə bir hərəkət etməsinə də fikir bildirib:

"Mən belə bir penalti yerinə yetirdikdən sonra çoxları mənim cəzalanmağımı istəyirdi. Amma bu rəqib komandaya psixoloji təsir etmək deyil. Futbolçular belə bir hərəkəti gələcəkdə xatırlanmaq və yaddaşlarda qalmaq üçün edirlər. Futbol əyləncəli və fərqli bir oyundur" deyə Yohan Kryuf bildirib.

Messi "Selta" ilə matçın 81-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirməyərək topu Suaresə ötürmüşdü və Suares həmin ötürməni qola çevirmişdi. Matç "Barselona"nın 6-1 hesablı qələbəsi ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail