Bəhmən Həsənov: "Biz bura gələndə heç nədən çəkinmirdik"

15.02.2016 | 3015 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunun son oyununda “Rəvan” səfərdə “Zirə”nin qonağı idi. Stadium.Az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Bəhmən Həsənov qarşılaşmanı belə dəyərləndirdi:

“Oyun çox gərgin keçdi. Hər bir epizodlarla yadda qaldı. Biz bura gələndə heç nədən çəkinmirdik. Uşaqlarla da danışmışdıq ki, ən azı bir xal qazanaq gedək. Buna da nail olmuşduq. Amma Hüseyn Axundovun gözlənilməz zədələnməsi oyun sistemimizi pozdu. Biz istərik belə oyunlarda sonlarda iki hücumçu ilə oynayaq. Amma əlimizdə belə futbolçu yoxdur. Bizim heyətin tən yarısı bu gün meydanda yox idi. “Zirə”ylə son oyundakı heyətlə indikini müqayisə etdikdə 99 faiz fərq vardı. Biz məğlub olsaq da, mən komandamın oyunundan tam razı qaldım. Təslim olmaq olmaz. Məncə penalti var idi. Mən öz oyunçularımızdan soruşdum, dedilər ki, futbolçumuz əllə oynayıbmış. Məğlub olsaq da, mən burdan yenilmiş yox, xoş ümidlərlə gedirəm. Gələn tur daha gənc heyətlə oynayacağıq. Özünüz də gələcəkdə onları görəcəksiz.

Futbolçunun zədələnməsinin əsas səbəbi onun isinmə hərəkətiylə bağlı ola bilməz. Hüseyn Axundov uzun müddət idi beynindən zədəliydi. Buna görə də, bir qədər həyacanlı idi. Ruslan cəzalı duruma düşdü, onun yerinə Hüseyni oynatdıım. Mən onu riskə atmazdım, amma məcbur qalıb oynatdıq. Onun özünə də demişdim ki, həyacanlanma. Məncə onun zədələnməsi də bundan irəli gəlirdi. Stress, yorğunluq, yuxusuzluq, bir çox səbəb ola bilər.

Məncə çox maraqlı oyun oldu. Mən bütün futbolçularıma inanıram. Saşayla Cəmşid hələ zədəlidir. Onların nə vaxt meydana çıxacağını həkimlər dəqiqləşdirəcək. Saşanın meydanda olması mənə çox lazımdır. Saşa meydanda ikinci məşqçidir. O, komandada olanda biz daha yaxşı çıxış edirik. Amma ola bilər ki, Saşa oynasın və biz 3:0, 4:0 hesabıyla uduzaq. Hər şey ola bilər. Ancaq Saşa bizim üçün çox vacib futbolçudur.

Bizim hərəmizin bir taleyi var. Rəhbərlik komanda barədə nə qərar verəcək, biz bunu bilmirik. Hərə bir söz deyir, ancaq rəhbərlik konkret bir söz deməyib. Bu məsələlər bizi maraqlandırmır. Əsas məsələ odur ki, biz işimizi görürük. O, artıq gələcəyin işidir. Bu komandada hamı bu günlə yox, sabahla yaşamalıdırlar ki, özlərin diqqət çəksinlər, daha yaxşı yerə getsinlər. Elə mən qarışıq. Yəqin ki, işimizi kimsə qiymətləndirəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail