Qurban Qurbanova əməkdar məşqçi adı verildi

17.10.2011 | 5359 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi mükafata layiq görülüb.Stadium.az xəbər verir ki, Ağdam klubunun gənc çalışdırıcısı Qurban Qurbanov Azərbaycan Respublikasının əməkdar məşqçisi fəxri fərmanı ilə təltif edilib.

“Rəvan” – “Qarabağ” matçöncəsi Azərbaycan İdman və Gənclər Nazirliyinin futbol şöbəsinin müdiri Nüvər Xasıyev Qurban Qurbanovu diplomla təltif edib.
4 ildir məşqçiliyə başlamasına baxmayaraq  artıq qazandığı nailiyyətlərlə ölkədə ən seçkin çalışdırıcılardan sayılan Qurban Qurbanov 4 ilin hər birində medal qazanıb: 2 bürünc, 1 gümüş və 1 ölkə kuboku. Qurban Qurbanov “Qarabağ”la eyni zamanda avrokuboklarda Azərbaycanın ən yaxşı nəticələrini qazanıb.

Son 3 ildə Avroliqada 10 mərhələ oynayan və 7 dəfə növbəti tura yüksələn “Qarabağ”ın baş məşqçisi məhz 39 yaşlı Qurbanov olub. Qurban Qurbanov indidən “Qarabağ”ı  ən uzun müddətə çalışdıran məşqçi kimi tarixə düşüb.
Gənc məşqçini təbrik edir, ona “Qarabağ”la daha böyük zirvələr fəth etməyi arzulayırıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail