Julien Ebah: "Mən hücumçuyam, hesaba təsir etməliyəm"

12.02.2016 | 3427 dəfə oxunub

"AZAL üzərindəki qələbəni tezliklə unudub “Qarabağ”a qarşı matça hazırlaşmağa başladıq. Rəqib güclüdür, bunu yaxşı bilirik. Amma indi biz də yaxşı oynayırıq”. 

Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Julien Ebah Premyer Liqasının 21-ci turunda qarşılaşacaqlar "Qarabağ"la görüş haqda danışarkən deyib. 

Kamerunlu futbolçu uğurlu seriyanı davam etdirməyə çalışacaqlarını bildirib: “Çempionatda zəif rəqib yoxdur. İstər “Qəbələ”, istərsə də AZAL-la oyunlarda çətinlik çəkdik. Əvvəlcədən də təxmin edirdik ki, qələbə qazanmaq bizim üçün heç də asan olmayacaq. Ancaq buna baxmayaraq qalib gəldik. Ardıcıl üçüncü ev oyununda da qələbə qazanmaq istəyirik. Bunun çətin olacağının da fərqindəyik”.
 
Ebah Premyer Liqada cari mövsümdə beş qol vurub. O, ilk iki dövrədə “Rəvan” və AZAL-la oyunlarda fərqlənib. Qış fasiləsindən sonra isə “Qəbələ”yə iki, AZAL-a isə daha bir qol vurub: “Son iki oyunda üç qol vurmuşam. Bu da normal qarşılanmalıdır. Çünki mən hücumçuyam, hesaba təsir etməliyəm. Hücumçular futbolu qol vurmaq üçün oynayır. Vurduğum qollarla “Kəpəz”in qələbəsinə töhvə verdiyim üçün sevincliyəm. Qol vurmaq komanda, özüm və azarkeşlər üçün vacibdir. Qolun baxımlı alınıb-alınmaması elə də önəmli deyil. Əsas olan topu qapıya salmaqdır”.
 
Julien Ebah Gəncə azarkeşlərindən də danışıb: “Komandamız Azərbaycanın ən yaxşı azarkeşlərinə malikdir. Bizim qələbə qazanmağımızda onların dəstəyinin böyük payı var. Hər zaman bizi qələbəyə səsləyir, uğura kökləyirlər. Bir sözlə, xoşbəxtəm ki, bizim komandanın bu cür fanat ordusu var”.
 
Julien Gəncə klubunda forma geyinməkdən məmnunluğunu da dilə gətirib: “Mən çox şadam ki, “Kəpəz”də çıxış edirəm. Mehriban kollektivimiz, təcrübəli baş məşqçimiz var. Şahin Diniyev bütün futbolçulara inanır, məsləhətləri ilə bizə yol göstərir. Hər zaman rəhbərliyin də dəstəyini hiss edirik. Mövsümün sonunda arzuladığımız nəticəyə çatmaq üçün səyimizi birləşdirmişik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail