Cüdo üzrə Azərbaycan birinciliyi yekunlaşıb

12.02.2016 | 3236 dəfə oxunub

Kiçik yaşlı yeniyetmələr (U-15) arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb.

Stadium.Az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarış üç gün davam edib. Turnirdə paytaxt və bölgələrdən 24 komandanın tərkibində 328 cüdoçu mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında Murad Əliyev (30 kq), Səxavət Hacıyev (34 kq), Tunar Bayramov (38 kq), Nicat Məmmədov (42 kq), Nahid İsmayılov (46 kq), Mətin Rzazadə (50 kq), Murad Əlizadə (55 kq), Məhəmməd Əhmədov (60 kq), İlkin Mirzəyev (66 kq) və Hüseyn Məmmədov (66 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu olublar. Qızların yarışında isə Nigar Söhrabova (28 kq), Fəridə İsgəndərova (32 kq), Lətifə Abbasova (36 kq), Səbinə Əliyeva (40 kq), Rita Əliyeva (44 kq), Zeynəb Məmmədova (48 kq), Əsmər İskəndərova (52 kq), Sənubər Nəbiyeva (57 kq), Nərgiz Əliyeva (63 kq) və Nərmin Əmirli (63 kq-dan yuxarı) qızıl medala sahib olublar.

Komanda hesabında 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin kollektivi birinci olub. “TİM-Sumqayıt” ikinci, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası isə üçüncü yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail