Zaur Axundov: "Daha çox yerli oyunçuların çıxışından narazı qaldım"

11.02.2016 | 2677 dəfə oxunub

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov yığma komandamızın AÇ-2016-nın final mərhələsi çərçivəsindəki çıxışını şərh edib.

Stadium.Az xəbər verir ki, Axundov öncə bunları söyləyib:

"AÇ-2016 bizim üçün uğursuz alındı. Baxmayaraq ki, sonda ən güclü səkkiz komanda arasında yer aldıq. Komandamızın çıxışını başqa cür adlandırmaq olmaz. Daha çox yerli oyunçuların çıxışından narazı qaldım. Onlardan daha çox şey gözləyirdim".

Federasiya rəhbəri millimizin gənc qapıçısı Rövşən Hüseynlinin çıxışına da toxunub: "İtaliyaya qarşı keçirdiyimiz ilk görüşdəki yaxşı oyundan (0:3) sonra Rövşən ulduz xəstəliyinə tutuldu. Mən komandamızda belə halları qəbul edə bilmirəm. O, Çexiya (6:5) və Rusiya (2:6) ilə oyunlarda çox pis çıxış etdi".

"Təəssüf ki, biz bu turnirə tam hazırlaşa bilməmişdik. Yaxşı sınaqçı rəqib tapa bilmədik. Hətta bunlara rəğmən, Rusiyanı keçə bilərdik. Sadəcə, müdafiə xəttimizdəki zəif çıxışdan sonra qələbə qazanmaq şansımız qalmadı. Hesab 1:1 olarkən fərqlənə bilsəydik, hər şey tam fərqli ola bilərdi".

Axundov dünya çempionatının pley-off mərhələsinin oyunları barədə də danışıb: "Qarşıda dünya çempionatının pley-off matçları var. Azərbaycan futzalı tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə qatılmaq istəyirik. İndiki heyətdən üçü həmin heyətdə yer almayacaq. Amma onların adını sonra açıqlayacağam. Dünya çempionatına vəsiqə qazanmayacağımız halda isə, indiki heyətin 90 faizi komandadan uzaqlaşdırılacaq". (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail